Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Xocalı qətliamının 29-cu ildönümü münasibətilə fevralın 26-da faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, gənclər Xocalı prospekti boyunca yürüş edərək Xocalıda şəhid olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq şəhidlərimizin ruhları qarşısında baş əyiblər.