"1992-ci ildə soyqırım və insanlığa qarşı cinayət yaşandı"

26 Fevral 2021 15:25 (UTC+04:00)

Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür. SİA-nın məlumatına görə, bununla bağlı Xalq artisti Röya Ayxan sosial media hesabında paylaşım edib: "Düz 29 il əvvəl, bu tarixdə- 25-26 fevral, 1992-ci ildə soyqırım və insanlığa qarşı cinayət yaşandı. Xocalı faciəsi... O dəhşətli günün buraxdığı izlər bu gün də istidi, yenidir! Bu, dünyada ən qorxulu kütləvi terror aktlarından biridir. Rəsmi rəqəmlər hər kəsə bəllidir. Dəhşətli statistikadır, elə deyilmi? Onların vəhşicəsinə öldürülməsi gördüyümüz video lentlərdən, fotolardan açıq-aşkar görünür. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. Dünyada insanlığa qarşı cinayətlər, humanitar fəlakətlər, terrorçuluq, ekstremizm, separatçılıq dayansın, sülh daim olsun. Övladlarımız rahat, firavan bir dünyada yaşasın!".