Aiseldən: "Kədər nədir?" VİDEO

26 Fevral 2021 14:24 (UTC+04:00)

"Eurovision" təmsilçilərimizdən olan Aysel Məmmədova (Aisel) şəhidlərin xatirəsinə həsr edilən klipini tamaşaçıların ixtiyarına verib. SİA-nın məlumatına görə, musiqili videoda ikinci Vətən müharibəsindən kadrlar nümayiş edilib. "Kədər nədir?" adlanan mahnının söz və musiqisi Aiselin özünə məxsusdur.

Kompozisiyada Xəyyam Məmmədovun ifasında kamança, Orxan Hüseynlinin ifasında Vaqif Kəhrizlinin sözlərinə muğam parçaları da istifadə edilib.