Keçmiş məhkum köşkdən oğurluq edildi

26 Fevral 2021 13:14 (UTC+04:00)

Bərdə rayonu ərazisindəki köşklərin birindən oğurluq etməkdə şübhəli bilinən Qaradağlı kənd sakini H.Süleymanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki köşklərin birindən 300 manat pul, 2000 manat dəyərində tütün məmulatları və kompyüter oğurlamaqda şübhəli bilinən Qaradağlı kənd sakini, əvvəllər məhkum olunmuş H.Süleymanov saxlanılıb.