300-dən çox məktəbli qaçırıldı - Nigeriyada

26 Fevral 2021 13:07 (UTC+04:00)

Nigeriyanın şimalındakı Cangebe şəhərində silahlı şəxslər 300-dən çox məktəbli qızı qaçırıb. Məlumata görə, bu barədə Zamfara ştatının qubernatorunun nümayəndəsi bildirib.

Hazırda məktəblilərin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.