Koronavirusa yoluxanların sayı 270 mini ötüb

26 Fevral 2021 12:15 (UTC+04:00)

Gürcüstanda son sutkada koronavirusa 337 yeni yoluxma faktı təsdiqlənib, 320 nəfər sağalıb, 10 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 270 137 nəfərdə aşkarlanıb ki, onların da 264 047-si sağalıb, 3 485-i isə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından bir il ötür.