Rusiya qırıcıları terrorçuların İdlibdəki bazalarına raket zərbələri endirib

26 Fevral 2021 12:07 (UTC+04:00)

Rusiya Aerokosmik Qüvvələri Suriyanın İdlib əyalətindəki terrorçulara güclü zərbə vurub. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, fevralın 22-də Rusiya hərbi qüvvələri Suriyanın şimal bölgələrindən öz hissələrini geri çəkməyə başlayıb. Dinc sakinləri terrorçuların nəzarətində olan ərazilərdən çıxarmaq üçün rus hərbçiləri bir keçid açıblar. Həmin vaxt terrorçular, ilk məlumatlara görə, 250 nəfərin və zirehli texnikaların iştirakı ilə hücuma başlayıblar.

Silahlıların hücumuna cavab olaraq Rusiya Aerokosmik Qüvvələri hücumu dəf etmək üçün güclü əməliyyata başlayıb. Qeyd olunur ki, aviasiya əks hücumu nəticəsində yaraqlılar son 1 ildə ən böyük itkilərə məruz qalıblar. Terrorçuların qərargahı və təlim düşərgəsi dağıdılıb.

Elçin