30 polis rəisi Paşinyana qarşı – FOTOFAKT

25 Fevral 2021 21:43 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı xüsusi bəyanatla çıxış edərək baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra düşmən ölkədə siyasi gərginlik pik nöqtəyə çatıb. Bunun ardınca Nikol Paşinyan tərəfdarlarını Yerevandakı Respublika meydanına çağıraraq mitinq təşkil edib. Hazırda Yerevanda vəziyyət kifayət qədər gərgindir və Paşinyanın əleyhinə olan qüvvələrə yeniləri qatılır.

Ermənistan mətbuatı xəbər verir ki, Daxili İşlər Nazirliyinin 30 polis rəisi Paşinyanı və onun hökumətini istefa verməsi üçün birgə bəyanat imzalayıblar.

Polis rəisləri lazım gələrsə, ordunun tabeliyinə keçəcəklərini də bildiriblər. Birgə bəyanatın fotosunu və imzalayan polis rəislərinin adlarını təqdim edirik.