Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat

25 Fevral 2021 21:51 (UTC+04:00)

Səbail Rayon İcra Hakimiyyətində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Xəbər verilir ki, bu vəzifəyə Orxan Xəqani oğlu Aydınov təyin edilib.

O.Aydınov Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, O.Aydınov 2016-cı ildən Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.