Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA

25 Fevral 2021 17:15 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 17:00-a olan məlumatına əsasən əksər rayonlarda yağıntılar kəsib, lakin Lənkəran, Astarada qar yağmaqda davam edir.

Havanın temperaturu Bakıda 0, Maştağa, Binədə 1, Sumqayıtda 2 dərəcə isti qeydə alınıb.