Əfv Məsələləri Komissiyasının növbəti iclası nə vaxt keçiriləcək?

25 Fevral 2021 16:51 (UTC+04:00)

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub. SİA-nın məlumatına görə, komissiyanın növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın 3 iclası keçirilib və daxil olan müraciətlərin 350-dən çoxuna baxılıb.