“Tokio-2020” ilə bağlı qərar martın sonunadək veriləcək

25 Fevral 2021 16:32 (UTC+04:00)

Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı idman obyektlərində tamaşaçıların iştirakı ilə bağlı qərar martın sonunadək verilməlidir. SİA xəbər verir ki, bu barədə “Tokio-2020” təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto məlumat verib. O qeyd edib ki, bununla bağlı qərar təxminən, Olimpiya məşəli estafetinin başlanğıc günü bildirməlidirlər.

Tokio Olimpiya Oyunlarının məşəl estafeti 2021-ci il martın 25-də Fukuşima prefekturasında başlayacaq. Məşəl estafetinin 121 gün davam edəcəyi və Yaponiyanın 47 prefekturasından keçəcəyi planlaşdırılır.

Qeyd edək ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.