“Qarabağ” AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət etdi

25 Fevral 2021 16:26 (UTC+04:00)

“Qarabağ” AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb. SİA xəbər verir ki, müraciətdə İntizam Komitəsinin fevralın 23-də tətbiq etdiyi qərara etiraz ifadə olunub.

Həmin qərara əsasən, futbolçu Uroş Matiçin "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının XVI tur matçı zamanı forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün kluba 3 000 manat cərimə kəsilib.

"Qarabağ" həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmayıb. Klub qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb.