Millimizin futbolçusu Türkiyədə klubunu dəyişib

25 Fevral 2021 16:18 (UTC+04:00)

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sərkan Aydın Türkiyədə klubunu dəyişib. SİA xəbər verir ki, “Kocaelispor”un müdafiəçisi komandadan ayrılmaq istəyib və qısa zamanda istəyinə çatıb . O, Kocaeli təmsilçisindən ayrılaraq “Altınordu”ya keçib.

Qeyd edək ki, Sərkan “Kocaelispor”un U-19 komandasında çıxış edirdi.