"Yuventus"un futbolçusu huşunu itirdi

25 Fevral 2021 15:44 (UTC+04:00)

İtaliyanın "Yuventus" klubunun futbolçusu Alvaro Morata Çempionlar Liqasının 1/8 finalında Portuqaliyada "Portu"ya qarşı ilk matçdan sonra huşunu itirib. SİA "La Gazzetta dello Sport "a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu daha sonra tibbi müayinədən keçib.

İspaniyalı forvarda viral infeksiya diaqnozu qoyulduqdan sonra o, sağalmağa başlayıb. Buna baxmayaraq, futbolçu Turin təmsilçisinin dünənkini məşqini buraxıb.

Qeyd edək ki, "Yuventus" Portuqaliyada rəqibinə 1:2 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu martın 9-da olacaq.