Kreml Ermənistandakı hadisələrdən narahatdır

25 Fevral 2021 15:23 (UTC+04:00)

"Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir”. SİA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov söyləyib.

"Biz bu hadisələri yalnız Ermənistanın daxili işi hesab edirik. Vəziyyət konstitusion nəzarət altında qalmalıdır”, – o bildirib.

D.Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər” raket kompleksi barədə dediklərinə isə cavab verməyib.