Paşinyan yenidən meydanda - VİDEO

25 Fevral 2021 15:19 (UTC+04:00)

Ermənistan baş naziri Nikol Paşinyan tərəfdarları ilə meydanda görüşüb. SİA xəbər verir ki, hökumət rəhbəri ordunun ona tabe olduğunu söyləyib.

"Dövlət çevrilişinə cəhd prosesi nəzarətə alınıb”, - deyə Paşinyan bildirib.

O, Ermənistandan qaçmağı düşünmədiyini də əlavə edib. Hazırda yürüyüş davam edir.