Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

25 Fevral 2021 15:00 (UTC+04:00)

Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş vaksinasiya olunub. Nazirlər Kabinetindən SİA-ya bildirilirb ki, 207 mindən artıq vətəndaş COVİD-19-a qarşı 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.

İndiyə qədər ölkəyə 1 milyon 63 min doza vaksin gətirilib.