Güneldən Zaura: "Sənin başın üçün deyil mənim adımı çəkəsən”

25 Fevral 2021 15:15 (UTC+04:00)

Aparıcı Zaur Kamal müğənni Günel Ələkbərovaya sətiraltı söz atıb. SİA-nın məlumatına görə, aparıcı proqramda sözügedən sənətçinin adını çəkmədən "Onu efirimə qoymaram" sözlərini işlədib.

Onun bu fikri qarşı tərəfi özündən çıxarıb və Zaurun ünvanına sərt sözlər yağdırıb: "Mənim mübarək ağzımı açdırma. Sənin haqda elə şeylər danışaram ki, veriliş aparmağı qoy kənara, adama içinə çıxa bilməzsən. Mən hər çağırılan proqrama getmirəm. Belə də ki, düz etmisən adımı çəkməmisən. Sənin başın üçün deyil mənim adımı çəkəsən”.