Avtomobil qaçıran keçmiş məhkum tutuldu

25 Fevral 2021 13:27 (UTC+04:00)

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Z.Əsədov fevralın 23-də Zərdabi küçəsindən "VAZ-2107" markalı avtomobilinin qaçırıldığını bildirib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov Hacıqabul rayonu ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.