Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, böhran konstitusiya qanunları çərçivəsində həll olunacaq. Belə ki, baş qərargah rəisinin və digər yüksək rütbəli zabit heyətinin istefaya göndərilməsinin ardınca yeni qərargah rəisi təyin ediləcək. Müdafiə naziri isə müvafiq əmrlərini hazırlayır. SİA ermənİ KİV-lərinə istinadən xəbər verir ki, hələlik, Ermənistanın müdafiə nazirliyi baş qərargahın verdiyi qərar barədə heç bir rəsmi bəyanat səsləndirməyib.
Bu arada, separatçıların "lideri" Araik Arutunyan İrəvanda olduğunu bildirib və qeyd edib ki, o, siyasi böhran səddinin keçilməsi üçün baş qərargahla Paşinyan arasında ortaqlıq missiyasını həyata keçirə bilər.
"Bütün tərəflərə məsləhət görürəm ki, soyuqqanlılıq və sağlam düşüncə ilə hərəkət etsinlər, əks halda bizim məğlubiyyət dərinləşə və daha faciəli ola bilər. Bu qədər qanın tökülməsi yetər, indi böhranı yumşaltmaq və uzunmüddətli inkişaf, güclənmə yolunu tutmaq lazımdır", Arutunyan bildirib.
Həmçinin qeyd olunur ki, hazırda bir sıra nazirliklərin əməkdaşlarını Paşinyanın mitinq çağırışı müqabilində meydanlar çıxmağa məcbur edirlər. Belə ki, oliqarx, Paşinyanın dostu Xaçatur Sukiasyan bunun üçün xüsusi qruplar hazırlayıb.