Evdən oğurluq edən şəxslər tutuldu

25 Fevral 2021 12:53 (UTC+04:00)

Xaçmaz rayonu ərazisindəki evlərin birindən televizor və tüfəng oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki evlərin birindən 1 ədəd televizor və sənədləri ilə birgə "Dragon" markalı tüfəngi oğurlamaqda şübhəli bilinən Armud-Padar kənd sakinləri Ş.Almasov və M.Sultanov saxlanılıblar.