Dünyada 2,5 milyon insan koronadan öldü

25 Fevral 2021 12:35 (UTC+04:00)

Dünyada 2,5 milyon insan koronadan öldü. Dünyada koronavirusa yoluxanların sayı 113 milyonu ötüb. SİA-nın xəbərinə görə, bu barədə "Vörldometers" portalı məlumat yayıb. Planetdə COVİD-19 virusundan ölənlərin sayı isə 2,5 milyon nəfərə çatıb. 88 milyondan çox insan isə koronadan sağalıb.