Bayden Tramp əmrini ləğv etdi

25 Fevral 2021 12:25 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden, sələfi Donald Trampın bir sıra əcnəbilərin ABŞ-a girişini məhdudlaşdırmaq barədə fərmanını ləğv edib. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Qeyd olunur ki, Tramp 2020-ci ilin aprelində koronavirus pandemiyası dövründə "ABŞ əmək bazarı üçün risk yaradan mühacirlərin" ABŞ-a girişinin qarşısını alan bir fərman imzalayıb və sonra da yeniləyib.
"Həmin fərman ABŞ maraqlarını irəli aparmaz. Əksinə, ABŞ vətəndaşlarının ailə üzvlərinin və qanuni daimi sakinlərinin ailələri ilə birləşməsinin qarşısını almaq kimi ABŞ-a ziyan vurur", deyə Bayden bəyan edib.
"Bu, eyni zamanda ABŞ iqtisadiyyatına mane olur. İstedadlardan istifadəni əngəlləyir", deyə Bayden əlavə edib.
Nəhayət, ABŞ-ın hazırkı prezidentinin sözlərinə görə, Trampın tədbirləri səbəbindən ABŞ-da yaşayış icazəsi (yaşıl kart) qazanan şəxslər ölkəyə girə bilməyib.
Göründüyü kimi, ilk gündən olduğu kimi, ABŞ-ın yeni prezidenti Co Bayden, yenə də eks-prezident Trampın qərarları, fərmanları ilə razılaşmadığını nümayiş etdirir. Əslində, Birləşmiş Ştatlar prezidenti öz mövqeyinin eks-prezidentin mövqeyi ilə üst-üstə düşmədiyini çoxdan büruzə verib. Amma Baydenin bu mövqeyini hələ də davam etdirməsi təsdiq edir ki, hazırkı ABŞ prezidenti ilə eks-prezident arasında kəskin fikir ayrılıqları var və fərli siyasət yeritdikləri də günün reallığıdır.