YAP Zərdab rayon təşkilatı İkinci Qarabağ müharibəsinin qaziləri ilə görüşlərini davam etdirir

25 Fevral 2021 12:15 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bir qrup YAP fəalı ilə birlikdə Vətən müharibəsində qazi olmuş Mirzəliyev Roman Aleksandr oğlu ilə görüşüblər. Təşkilat üzvləri qazi Roman Mirzəliyevlə söhbət aparıb, onunla müharibə xatirələrini bölüşüblər. Döyüş tapşırığını yerinə yetirən zaman ağır xəsarətlər almış R.Mirzəliyev keçdiyi döyüş yolundan söhbət açıb. Təşkilat üzvləri, həmçinin ailənin problemləri ilə maraqlanıb və səlahiyyətləri daxilində problemlərin həlli üçün köməklik göstərəcəklərini bildiriblər.

R. Mirzəliyev ona göstərilən diqqət və qayğı nəticəsində vəziyyətinin yaxşılaşdığını bildirib, lakin yeriməyə başlaması üçün dörd ayaqlı dayaq vasitəsinə ehtiyacı olduğunu bildirdirib. YAP Zərdab rayon təşkilatı dərhal R. Mirzəliyevin müraciətinə cavab verib və onu dörd ayaqlı dayaq vasitəsi ilə təmin edib. R. Mirzəliyev və ailəsi ona göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə, YAP Zərdab rayon təşkilatına, eləcə də ona diqqət göstərən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.Həmçinin ailəyə ərzaq yardımı da göstərilib.

Qeyd edək ki, Qarabağ qazisi Roman Mirzəliyev döyüş tapşırığını yerinə yetirərkən iki ayağından və bədəninin müxtəlif yerlərindən xəsarət alıb. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Zümrüd