Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş virtual kitab sərgisi açılıb

25 Fevral 2021 12:37 (UTC+04:00)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illiyi münasibətilə virtual kitab sərgisini istifadəçilərin ixtiyarına verib.

SİA-nın məlumatına görə, virtual sərgidə yer alan kitablar 1927-2018-ci illəri əhatə edir. Sərgiyə ümümilikdə tam mətnli 41 kitab yerləşdirilib. Onlardan 20-si 1927-1994-cü illəri əhatə edən kitabxananın qızıl fondunda qorunub saxlanılan kitablardır.

Sərgidə yerləşdirilmiş kitablar arasında “Tülkü həccə gedir” (1927), “Gözəl Bahar” (1940), “Nağıllar” (1945) və digər kitablar yer alır.

Virtual sərgiyə həmçinin rus dilində 4 – “Paссказы” (1991), “Вот Мы Какие” (1984), “Избранное” (1959), “Письмо не дошло” (1984) kitabları da əlavə olunub.