Məşhur qapıçının atası göldə boğuldu

25 Fevral 2021 11:49 (UTC+04:00)

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Bekerin atası Joze Beker dünyasını dəyişib. Xarici mətbuatın verdiyi məlumata görə, o, Braziliyadakı evinin yaxınlığındakı göldə boğulub.

Hadisə Rio-Qrandi-do-Sul şəhərindəki Lavras do Sul qəsəbəsində qeydə alınıb.

Qeyd edək ki, 2018-ci ildən "Liverpul"da çıxış edən Alisson Beker Braziliya yığmasının da üzvüdür.