Çempionlar Liqası: 1/8 finalın ilk matçlarında ən yaxşı qola namizədlər SİYAHI

25 Fevral 2021 11:46 (UTC+04:00)

Çempionlar Liqasında 1/8 mərhələsinin ilk oyunlarından sonra ən yaxşı qolun müəllifi üçün namizədlər açıqlanıb.

SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransa PSJ-sindən Kilian Mbappe, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Mahmud Daud, İngiltərənin "Çelsi" komandasından Olivye Jiru və İspaniya "Real Madrid"indən Ferlan Mendi iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.