Tomas Bax: "Ağırlıqqaldırma olimpiya proqramından çıxarıla bilər"

25 Fevral 2021 11:19 (UTC+04:00)

Beynəlxalq Olimpiya Komitəsi (IOC) gələcəkdə ağırlıqqaldırmanın olimpiya oyunlarının proqramından çıxarılmasını nəzərdən keçirə bilər. SİA-nın məlumatına görə, bu barədə IOC prezidenti Tomas Bax İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, rəhbəri olduğu qurum Beynəlxalq Ağırlıqqaldırma Federasiyasındakı (IWF) vəziyyətdən çox narahatdır: "İdarəetmə sistemində hələ də ciddi dəyişikliklər nəzərə çarpmır. Antidopinqlə əlaqəli bir məsələ IOC İcraiyyə Komitəsinin müdaxiləsindən sonra həllini tapsa da, bir çox məqama məhəl qoyulmadı. Vəziyyət dəyişməsə, ağırlıqqaldırmanın həm 2024-cü il Paris Yay Olimpiya Oyunlarının, həm də növbəti olimpiadaların proqramından çıxarılması məsələsinə baxılacaq".