Daha 362 nəfərdə koronavirus aşkarlanıb

25 Fevral 2021 11:17 (UTC+04:00)

Gürcüstanda ötən sutkada daha 362 nəfərə koronavirus diaqnozu qoyulub, 12 pasiyent vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyə qədər COVID-19-a yoluxanların sayı 269 800-ə, ölənlərin sayı isə 3 475-ə çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 470 nəfər artaraq 263 727-yə yüksəlib.