Tövlə və ot bağlaması yandı

25 Fevral 2021 11:13 (UTC+04:00)

Oğuz rayonunda ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 0,4 ton ot bağlamasının 0,2 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.