Samuxda yanğın baş verib

25 Fevral 2021 11:08 (UTC+04:00)

Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 272 m² olan fermanın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 72 m² olan birmərtəbəli evin taxta atmaları 5 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.