Azərbaycan nefti bahalaşıb - 66 dol/bar

25 Fevral 2021 10:41 (UTC+04:00)

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 24-də 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel çoxdur. SİA bu barədə məlumatı etibarlı mənbədən əldə edib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.