Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçiriləcək

25 Fevral 2021 09:40 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “XX əsrin faciəsi” adlı onlayn tədbir keçirəcək.

İdarədən SİA-ya bildirilib ki, tədbirdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək.

Tədbir fevralın 25-də məktəbin “YouTube” kanalı üzərindən canlı yayımlanacaq.