"Barselona" darmadağınla 3-cü pilləyə yüksəlib

25 Fevral 2021 00:38 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

SİA xəbər verir ki, günün yeganə matçında “Barselona” doğma meydand “Elçe” ilə qarşılaşıb.

Kataloniya təmsilçisi bu oyunda böyük hesabla qələbə qazanıb. Bu nəticədən sonra xallarını 50-yə çatdıran "Barselona" 3-cü pilləyə yüksəlib. "Elçe" isə 21 xalla 19-cu sırada qalıb.

İspaniya La Liqası

1-ci tur

24 fevral

Barselona – Elçe 3:0

Qol: Messi, 48; 68. Alba, 73.