Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib

24 Fevral 2021 23:30 (UTC+04:00)

Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib.

SİA xəbər verir ki, hadisə axşam saatlarında Balakürd kəndində baş verib.

1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası səbəb olub.