Xorvatiyalı futbolçu UEFA Uşaq Fondunun ilk rəsmi səfiri seçilib

24 Fevral 2021 21:32 (UTC+04:00)

İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi İvan Rakitiç UEFA Uşaq Fondunun ilk rəsmi səfiri seçilib.

SİA xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xorvatiya yığmasının sabiq üzvü fondun tədbirlərində iştirak edəcək, qurumun uşaqların həyatını yaxşılaşdırmaq üçün gördüyü işləri təbliğ edəcək.