Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb

24 Fevral 2021 18:13 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir.