Əfv komissiyasında 150-dən artıq müraciətə baxılıb

24 Fevral 2021 18:56 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda əfvlə bağlı 150-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, bundan əvvəl komissiyanın iki iclası keçirilib və 200-dən artıq müraciətə baxılıb.