Yaşlı rus Zanzibar adasında itkin düşüb

24 Fevral 2021 18:26 (UTC+04:00)

Maqnitoqorskdan olan 70 yaşlı Sergey Rozanov Tanzaniyada itkin düşüb. Artıq iki həftədən çoxdur ki, yerli polis onu axtarır.

SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Məsələ bundadır ki, fevralın 10-da Rusiyaya qayıtmalı olan yaşlı kişinin qızı səyahəti təşkil edən şirkətə müraciət edib. Rozanovun Zanzibar adasının Jambiani çimərliyindəki oteldə qaldığını bildirən turoperator onun itkin düşməsindən iki saat sonra xəbər tutduğunu etiraf edib.

Atasının portativ bir video kamerası olduğunu bildirən, Rozanovun qızı, kasıb bir ölkədə onun qarət edilməsini istisna etməyib.

Hazırda Rusiyada olan bütün xəstəxana və meyitxanalarla əlaqə yaradılsa da hələ ki, 70 yaşlı kişi ilə bağlı heç bir məlumat yoxdur. Amma bu günlərdə yaşlı kişi ilə birlikdə istirahət edən turistlərdən biri ekskursiya zamanı onun özünü pis hiss etdiyini və Zanzibarda xəstəxanaya yerləşdirildiyi üçün təyyarəyə minmədiyini bildirib.

Hazırda Maqnitoqorsk polisi də yaşlı rusun axtarışına qatılıb. Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları təqaüdçü ilə səyahətdə olan və baş verənlərin təfərrüatlarını bilən şahidləri axtarır.

Ağasəf Babayev