"Telekanallarda intihar və zorakılığın yayımlanmasına qadağa qoyulsun"

24 Fevral 2021 16:26 (UTC+04:00)

Xalq artisti Naibə Allahverdiyeva intihar hadisələrindən bəhs edib. SİA-nın məlumatına görə, aktrisa intihar xəbərlərinin insanlara mənfi təsir etdiyini diqqətə çatdırıb: "Aidiyyatı qurumlardan xahiş edirəm, sosial şəbəkələrdə, telekanallarda intihar və zorakılıq xəbərlərinin yayımlanmasına qadağa qoyulsun.

Bu, insanların psixologiyasına mənfi təsir göstərir. Təhsili, elmi, əsl incəsənəti təbliğ edin. Savadlı gəncləri nümunə olaraq təbliğ edin. Sivil cəmiyyət qurmalıyıq, psixoloji problemi olan cəmiyyət yox".