XOCALI: Dağıdılan mədəniyyət, təhrif edilən tarix - FOTOFAKT

24 Fevral 2021 13:01 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıya və xocalılara qarşı törədilən soyqırımı tək onun genefondu ilə bağlı deyil, bu, ümumilikdə Azərbaycanın mədəniyyətinin və tarixinin sağalmaz yarasıdır.

Xocalının qədim tarixi - Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır.

Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar. Ümumilikdə son 28 il ərzində Xocalının tarix və mədəniyyət abidələri 4 887 500 000 manat zərər çəkmişdir.

İndi Xoçalıda yolumuzu gözləyən erməniləşdirilmiş torpaq, qəribsəmiş qəbir daşlarımızdır.

Faiq İsmayılov,

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyinin sədri