Müxalifətçilər İrəvan Dövlət Universitetinə soxuldular və tələbələri... - VİDEO

24 Fevral 2021 12:58 (UTC+04:00)

Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvan Dövlət Universitetinə girərək tələbələri aksiyalara qoşulmağa çağırıblar. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bu aksiyalarda 2018-ci ildəki aksiyalardan fərqli olaraq tələbələr iştirak etmirlər.

Qeyd edilir ki, Paşinyanın küçə inqilabı zamanı bütün universitetlərin tələbələri aksiyalarda kütləvi şəkildə iştirak edirdilər. Bütün universitetlərin tələbələrinin dərsə girməyərək meydanlarda olması təsadüf idimi? Təbii ki, xeyr. 2018-ci hadisələrində hökumətdəki bəzi qüvvələr Nikola ciddi dəstək verdiirlər.