Qar və külək Bakı aeroportunun işinə təsir göstərib?

24 Fevral 2021 12:35 (UTC+04:00)

Dünən axşamdan bəri müşahidə olunan qarlı hava və çovğun Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib.

Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hava limanı adi qaydada işləyir: "Bütün istiqamətlər üzrə planlaşdırılan uçuşlar heç bir dəyişiklik edilmədən həyata keçiriləcək".