Çıxdı buz üstə qoçaq... 11 nəfər xəsarət alıb

24 Fevral 2021 11:57 (UTC+04:00)

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 12 nəfərə çatıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından SİA-ya verilən xəbərə görə, bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.