Niaqara şəlaləsi niyə bağlandı? Anomal soyuq hər yeri iflic edib

24 Fevral 2021 12:02 (UTC+04:00)

ABŞ-da anomal soyuq hava geri çəkilmir, təslim olmaq bilmir və artıq dünyanın ən gur sulu şəlaləsi olan Niaqara şəlaləsini bürüyüb. SİA RenTV-yə istinadən xəbər verir ki, sözügedən şəlalədə su axınları sadəcə donub qalıb.
Qeyd olunur ki, indi də belə minlərlə turist təcili olaraq buraya, həmin şəlaləyə gəlir.
Bildirilir ki, cənub ştatlar hələ də bu anomal soyuq hava şəraitindən əziyyət çəkməkdə davam edir. Texasdakı suyun donması ilə əlaqədar evlərin bir çoxunda problemlər yaşanır.
Xatırladaq ki, sakinlər hər yolla əriməyən qarları əritməyə çalışırlar. Amerika sosial mediasında hətta bu şəraitin davam etməsinin süni şəkildə uzadılması barədə də fikirlər var. Elmi izahlar artıq kimsəni maraqlandırmır və bu şəraitin davam etməsinin süni şəkildə uzadılması fikirlərini dəstəkləyənlər daha çoxdur.