10 avtomobil yük maşınına çırpılıb FOTO

24 Fevral 2021 10:50 (UTC+04:00)

Bakının Qaradağ rayonu ərazisində qarlı hava şəraiti zəncirvari qəzaya səbəb olub.

SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Yolda hərəkətdə olan yük maşını idarəetməni itirərək aşıb. Qəza nəticəsində 10- a yaxın avtomobil aşan yük maşınına çırpılıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib, yolda avtomobillərin hərəkəti bərpa olunub.