Çexiya Respublikasının keçmiş prezidenti koronavirusa yoluxub

24 Fevral 2021 05:33 (UTC+04:00)
Çexiya Respublikasının keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub. SİA xəbər verir ki, bu barədə V.Klausun köməkçisi Peter Matsinka məlumat verib. O bildirib ki, Praqa Mərkəzi Hərbi Xəstəxanasında yarım saat müayinədən sonra məlum olub ki, Klaus koronavirus infeksiyasına yoluxub: "Vatslav Klaus ambulator müalicə alacaq". Qeyd edək ki, bu il iyunun 19-da 80 yaşı tamam olacaq V.Klaus 2003-2013-cü illərdə Çexiyaya rəhbərlik edib.