İrlandiya hökuməti sərt karantin rejiminin uzadılması barədə qərar verib

24 Fevral 2021 08:18 (UTC+04:00)
İrlandiya Nazirlər Kabineti tətbiq olunan sərt karantin rejiminin aprelin 5-dək uzadılması barədə qərar verib. SİA xəbər verir ki, bu barədə hökumət mənbələrinə istinadən "RTE" milli telekanalı məlumat yayıb. Təsdiqlənmiş plana uyğun olaraq, ölkədə istisna olaraq ibtidai təhsil müəssisələri bağlanmayacaq. istisna ediləcək. Martın 8-dən etibarən uşaq bağçalarının açılması nəzərdə tutulub. Orta məktəblərdə isə təhsil aprelin 12-dən sonra bərpa olunacaq.