Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib

24 Fevral 2021 00:46 (UTC+04:00)
Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə DSK yolu kimi tanınan ərazidə qeydə alınıb. Yolun buz bağlaması 4 avtomlbilin toqquşmasına səbəb olub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.